İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başlayıb
İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başlayıb

Baş nazir İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başlayıb.

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov qarşılayıb.

Səfər çərçivəsində İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla təkbətək görüşlər keçirəcək.

İki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 10-cu iclası keçiriləcək.

Gürcüstanın baş naziri nümayəndə heyəti ilə, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ilə, Azərbaycanın paytaxtına səfər edib.

Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.