İrakli Kobaxidze - Zərurət yarandıqda dövlət orqanlarımız işğal qanunu ilə bağlı istənilən pozuntuya cavab verir
Hər dəfə zərurət yarananda dövlət qurumlarımız işğal qanunu ilə bağlı istənilən pozuntuya cavab verir, – deyə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Rusiya nümayəndə heyətinin işğal olunmuş Abxaziyaya səfəri haqında danışarkən bildirib.
Kobaxidzenin sözlərinə əsasən, belə səfərlər işğal haqqında qanunu pozur.
“Bizim dövlət qurumlarının bu cür faktlara hər zaman adekvat reaksiyası olur, bu təbiidir. Müvafiq qurumlar qərar qəbul edir, lakin bir daha xatırlatmaq istəyirəm ki, hər dəfə ehtiyac yarananda dövlət qurumlarımız işğal qanunu ilə bağlı istənilən pozuntuya cavab verir”- Kobaxidze bildirib.