İrakli Kobaxidze - Yoxsulluğu tamamilə aradan qaldırmaq və yüksək gəlirli ölkəyə çevrilmək üçün resurslara sahibik, bunun üçün isə səmərəli iqtisadi siyasətlə yanaşı, əsas məsələ sülhü qorumaqdır
Ölkənin inkişafının və əhalinin həyat səviyyəsinin çoxlu ölçüləri var, lakin ən mühüm ölçü yenə də onun iqtisadiyyatıdır, adambaşına düşən Alıcılıq Qabiliyyəti Pariteti (PPP) ilə ÜDM -yə əsasən ökələrin siyahısına baxmaq kifayətdir, bu və ya digər ölkədə insanların necə yaşadığını dəqiq biləcəksiniz -bu haqda “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze sosial şəbəkədə yazır.
“Beynəlxalq Valyuta Fondunun göstəricilərinə əsasən, Almaniya və İsveçdə insanlar Gürcüstandan 3 dəfə, Fransada isə təxminən 2,5 dəfə yaxşı yaşayırlar. Rusiyada Gürcüstandan 60 faiz, Bolqarıstanda isə 50 faiz yaxşı yaşayırlar. Aİ üzvlüyünə namizəd ölkələr – Şimali Makedoniya, Bosniya, Albaniya, Moldova və Ukrayna, həmçinin Azərbaycan və Ermənistan Gürcüstandan geri qalır.
Qeyd etmək lazımdır ki, həyat səviyyəsinə görə Gürcüstanla qabaqcıl ölkələr arasında fərq getdikcə azalır.
Məsələn, Beynəlxalq Valyuta Fondunun göstəricilərinə əsasən, 2012-ci ildə Almaniya və İsveçdə insanlar Gürcüstandan 3 dəfə deyil, 4,5 dəfə, Fransada 2,5 dəfə deyil, 4 dəfə, Rusiya və Bolqarıstanda isə 58 və 51 faiz yox, 148 və 67 faiz daha yaxşı yaşayıblar.
Bundan başqa, Beynəlxalq Valyuta Fondunun göstəricilərinə əsasən, 2012-ci illə müqayisədə 2023-cü ildə Gürcüstan iqtisadi göstəricilərə görə 30-dan çox ölkəni geridə qoyaraq 110-cu yerdən 79-cu yerə yüksəlib.
Bu o deməkdir ki, Gürcüstan iqtisadiyyatı təkcə mütləq şəkildə deyil, həm də digər ölkələrlə müqayisədə də inkişaf edir.
Tez-tez deyirlər ki, Şərqi Avropa ölkələrində iqtisadi inkişaf Avropa İttifaqına üzvlüklə sürətlənib. Əslində, 2003-cü ildə Avropa İttifaqına daxil olan ölkələrə nəzər salsaq görərik ki, Dünya Bankının göstəricilərinə əsasən, 2003-23-cü illərdə Litva, Latviya və Estoniyanın nominal iqtisadiyyatı 4 dəfə, Polşa, Çexiya və Slovakiyada 3 dəfə, Sloveniya və Macarıstanda isə 2 dəfə artıb. Lakin maraqlıdır ki, məhz həmin illərdə, Dünya Bankının eyni göstəricilərinə əsasən, Gürcüstan iqtisadiyyatı 2 dəfə, 3 dəfə və ya 4 dəfə deyil, 7,5 dəfə artıb. Bu göstəricilər təsdiq edir ki, ölkənin sürətli iqtisadi inkişafının əsas amili hansısa birliyə üzvlük deyil, hökumətin həyata keçirdiyi iqtisadi siyasətdir.
Beynəlxalq Valyuta Fondunun göstəricilərinə əsasən, 2028-ci ilə qədər Gürcüstan və Aİ-yə üzv ölkələrdə əhalinin həyat səviyyəsi arasındakı fərq daha da azalacaq. 2028-ci ildə Gürcüstanın Alıcılıq Qabiliyyəti Pariteti (PPP) ÜDM -i adambaşına 32 min dolları keçəcək və Aİ-yə üzv ölkələrin əksəriyyəti ilə (İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan da daxil olmaqla) fərq iki dəfədən az olacaq. Konkret olaraq, İtaliya ilə 99%, İspaniya ilə 86%, Portuqaliya ilə 72%, Yunanıstanla 48% olacaq.
Onu da nəzərə almaq lazımdır ki, Gürcüstan son illərdə Beynəlxalq Valyuta Fondunun proqnozunu artıqlaması ilə yerinə yetirib. Bundan irəli gələrək, 2030-cu ilə qədər qabaqcıl Avropa ölkələri ilə fərqi minimuma endirmək, yoxsulluğu tamamilə aradan qaldırmaq və yüksək gəlirli ölkəyə çevrilmək üçün bütün resurslarımız var. Bunun üçün isə əsas məsələ səmərəli iqtisadi siyasətlə birlikdə ölkədə sülhün qorunmasıdır” – İrakli Kobaxidze sosial şəbəkədə yazır.