İrakli Kobaxidze - Yens Stoltenberqlə görüşdə NATO-Gürcüstan əməkdaşlığını və inteqrasiya prosesimizi bir daha müzakirə etdiyimizə görə şadam
İrakli Kobaxidze - Yens Stoltenberqlə görüşdə NATO-Gürcüstan əməkdaşlığını və inteqrasiya prosesimizi bir daha müzakirə etdiyimizə görə şadam

 
Yens Stoltenberqlə görüşdə NATO-Gürcüstan əməkdaşlığını və inteqrasiya prosesimizi bir daha müzakirə etdiyimizə görə şadam – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə keçirilmiş mətbuat konfransında bəyanatlar zamanı açıqlayıb.

Hökumət başçısı, Gürcüstanın alyansın ən sadiq və etibarlı tərəfdaşlarından biri olduğunu bildirib.

“Cənab Baş katib, sizi Gürcüstanda qəbul etmək mənim üçün böyük şərəfdir. Ölkəmizə, ölkəmizin Avro-Atlantik istəklərinə göstərdiyiniz dəstəyə görə şəxsən Sizə təşəkkür etmək istəyirəm. NATO-nun baş katibi kimi on illik fəaliyyətiniz görünməmiş çağırışlar və çətinliklərə təsadüf etdi, lakin sizin rəhbərliyinizlə bir çox çağırışların öhdəsindən gəlinib və NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısı olaraq qalır. Bu gün bir daha NATO-Gürcüstan əməkdaşlığı və inteqrasiya prosesimizi müzakirə etdiyimizə görə şadam. Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya və şəxsən baş katibə xüsusi təşəkkürümü bildirmək istərdim. Həmçinin, biz baş katibin Gürcüstanın işğal olunmuş ərazilərində cari hadisələrlə bağlı doğru zamanda verilmiş və ədalətli bəyanatlarını yüksək qiymətləndiririk.

Gürcüstan Alyansın ən sadiq və etibarlı tərəfdaşlarından biridir və mən bunu bir daha vurğulamaq istərdim. İllər ərzində ölkəmiz NATO-nun egidiyası ilə keçirilən əməliyyatlarda fəal iştirak etmiş və bununla da ümumi Avroatlantik təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Öz növbəsində, NATO Gürcüstanın müdafiə qabiliyyətinin inkişafında mühüm rol oynayıb və oynamaqda davam edir. Bu gün Avropada çətin və çağırışlarla dolu dövrdür. Qaydalara əsaslanan beynəlxalq nizam əsaslı dəyişikliklərə məruz qalır. Bütöv, azad və dinc Avropa ideyası təhlükə altındadır. Bu çətin vəziyyətdə beynəlxalq ictimaiyyətin yekdillik və beynəlxalq hüququn prinsiplərinə möhkəm sadiqlik nümayiş etdirməsi zəruridir. Cənab Baş katib, Gürcüstana gəldiyiniz üçün Sizə bir daha təşəkkür etmək istərdim, bu Gürcüstana dəstəyinizin daha bir çox güclü ifadəsidir. Sizə işlərinizdə uğurlar arzulayıram”- deyə baş nazir açıqlayıb.