İrakli Kobaxidze - Yeniyetmələrin cinayəti ilə Sandro Girgvlianinin işini müqayisə etmək spekulyasiyadır və belə spekulyasiyaları qəbul etməyəcəyik
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə, Xorava küçəsində yeniyetmələrin qətl işini Sandro Girqvlianinin işi ilə müqayisəsini prinsipial olaraq, qeyri-məqbul hesab edir.
Bu bəyanatı İrakli Kobaxidze, parlamentin bugünki iclasında verdi.
Onun dedyinə görə, cinayət işlərinə qarşı iqtidarın nə ümumi, nə də subyektiv marağı yoxdur.
İrakli Kobaxidzenin dediyinə görə, Sandro Girqvlianinin işində iqtidar bir konkret adama qarşı prinsip olaraq, cinayət törətdi və bu iki halın bir-biri ilə müqayisə etməsi spekulyasiyadan başqa birşey deyil.
Elə bugün İrakli Kobaxidze bəyan etdi ki, məsələ ilə bağlı parlamentdə müvəqqəti istintaq komisiyası yaradılacaq.