İrakli Kobaxidze Yaponiyanın maliyyə naziri ilə görüşdü
Gürcüstanın baş naziri İrakli Kobaxidze Asiya İnkişaf Bankının (AİB) 57-ci illik iclası çərçivəsində Tbilisidə səfərdə olan Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, söhbətin əvvəlində Yaponiyanın maliyyə naziri AİB-in tədbirinə ev sahibliyi etdiyinə görə İrakli Kobaxidzeyə təşəkkür etdi.
Müzakirə olunan məsələlər arasında iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq və tərəfdaşlığın daha da genişləndirilməsi yolları olub”.
İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərinə, o cümlədən investisiyaların cəlb edilməsinə, ixracın təşviqinə, kiçik və orta biznesin inkişafı istiqamətinə diqqət yetirildi. Bu kontekstdə söhbətdə bizneslər arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək Gürcüstan və Yaponiya arasında birgə biznes forumun keçirilməsinin mümkünlüyünə toxunuldu.
Görüşdə iki ölkə arasında mövcüd siyasi dialoqun yüksək səviyyədə olduğu da vurğulandı. Suzuki Şuniçi hökumət başçısına Yaponiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini təsdiqlədi”, – məlumatda qeyd olunub.