İrakli Kobaxidze Xviça Kvaratsxeliyanı Paris Saint-Germain-ə keçidi münasibətilə təbrik edib
İrakli Kobaxidze Xviça Kvaratsxeliyanı Paris Saint-Germain-ə keçidi münasibətilə təbrik edib

Baş nazir İrakli Kobaxidze Xviça Kvaratsxeliyanı Paris Saint-Germain-ə köçməsi münasibətilə təbrik edib. Bu barədə Kobaxidze sosial şəbəkədə yazıb.

“Xviça Kvaratsxeliyanı yeni gürcü futbol macərasının başladığı PSJ-yə keçməsi münasibətilə təbrik edirəm!!! Xviçaya çoxlu titullar və ən əsası Çempionlar Liqasını qazanmağı arzulayıram”. – Kobaxidze yazır.

Məlumat üçün bildirək ki, Xviça Kvaratsxeliya rəsmən Fransanın “Paris Sen-Jermen” futbol klubunun futbolçusu olub. Gürcü futbolçu klubu ilə 5 illik müqavilə imzalayıb.