İrakli Kobaxidze - Xalqla qanuni seçilmiş hakimiyyət arasında bərabərlik işarəsi var, bu, seçkilərdən sonra da qüvvədə qalacaq və kollektiv "Milli Hərəkat" 9-cu dəfə məğlub olacaq
Xalqın qanuni seçilmiş hakimiyyəti var, bu, o cümlədən bizim tərəfdaşlarımız tərəfindən tanınır, müvafiq olaraq, xalqla onun tərəfindən qanuni seçilmiş hakimiyyət arasında bərabərlik işarəsi var – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Baş nazir bildirib ki, bu bərabərlik işarəsi Gürcüstanda daha bir parlament seçkiləri baş tutduqdan və kollektiv “Milli Hərəkat” artıq 9-cu dəfə məğlub olduqdan sonra da qüvvədə qalacaq.
“Müvafiq olaraq, Avropa İttifaqı ilə bir daha gürcü xalqının qanuni seçimini təmsil edən hakimiyyət arasında münasibətlər yenidən başlayacaq. Xalqla hakimiyyət arasında bərabərlik işarəsini pozmaq cəhdi demokratik təcrübəyə uyğun olmayan narativdir. Hər kəs gürcü xalqının demokratik seçiminə hörmətlə yanaşmalıdır. Gürcü xalqının 2020-ci ildə kollektiv “Milli Hərəkat”ı seçməməsi və 2024-cü ildə gürcü xalqının bir daha kollektiv “Milli Hərəkat”a yox deməsi ola bilsin kimisə qıcıqlandırsın, lakin qıcıqlanmaya baxmayaraq, hamı gürcü xalqının seçiminə müvafiq şəkildə hörmət etməlidir” – baş nazir qeyd edib.