İrakli Kobaxidze - Xabeişvilinin əvəzedicisinin axtarılması ilə bağlı bizdə də məlumat var, bunu müxtəlif mənbələr təsdiqləyir, "Milli Hərəkat" nə qədər parçalansa, siyasi sistem üçün bir o qədər yaxşı olar
İrakli Kobaxidze - Xabeişvilinin əvəzedicisinin axtarılması ilə bağlı bizdə də məlumat var, bunu müxtəlif mənbələr təsdiqləyir, "Milli Hərəkat" nə qədər parçalansa, siyasi sistem üçün bir o qədər yaxşı olar

 
Xabeişvilinin əvəzedicisinin axtarılması ilə bağlı bizdə də məlumat var, bunu müxtəlif mənbələr təsdiqləyir – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Milli Hərəkat”dakı mövcud vəziyyətlə bağlı ünvanlanmış suala cavabında bildirib.

Kobaxidze bunun “Milli Hərəkat”ın daxili işi olduğunu və onlar üçün maraqlı olmadığını bildirib.

“Milli Hərəkat” nə qədər parçalansa və zəifləsə, siyasi sistemimiz üçün bir o qədər yaxşı olar. Müvafiq olaraq, prosesin belə davam etməsi daha yaxşıdır”- deyə İrakli Kobaxidze açıqlayıb.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın üzvü Baço Dolidze partiyanın seçicilərinin “Milli Hərəkat” sədrinin legitimliyi ilə bağlı suallarını istisna etmədiyini bildirib. O, yalan vədlərdən sonra problemlər yarandığını deyib. Bununla yanaşı, partiyanın üzvü Nika Melia qeyd edib ki, “Tbilisidə ofisin açılması partiya sədri seçkisindən sonra deyil, partiyanı əməlli-başlı iki yerə bölən inanılmaz ədalətsiz keçirilən qurultaydan sonra gündəm olan ağır reallıqdan qaynaqlandı”.