İrakli Kobaxidze Viktor Orbanla görüşəcək
İrakli Kobaxidze Viktor Orbanla görüşəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze Macarıstanda baş nazir Viktor Orbanla görüşəcək.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı Gürcüstan nümayəndə heyəti ilə birlikdə Budapeştə səfər edib.

Onların məlumatına görə, İrakli Kobaxidze aprelin 25-də açılacaq “Mühafizəkar siyasi fəaliyyət” konfransında iştirak edəcək. Bununla yanaşı, Gürcüstanın baş nazirinin konfransın açılış sessiyasında çıxışı nəzərdə tutulub.

Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.