İrakli Kobaxidze və Şalva Papuaşvili Üçlük Kafedral Məbədində işğal olunmuş Abxaziyadan cənazələri gətirilən şəxslərin ailə üzvlərinə başsağlığı verib
Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili Üçlük Kafedral Məbədində işğal olunmuş Abxaziyadan cənazələri gətirilən şəxslərin ailə üzvlərinə başsağlığı verib.
Üçlük Kafedral Məbədində 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşən şəxslərin işğal olunmuş Abxaziya bölgəsindən gətirilən cənazələri üçün mülki yas mərasimi keçirilir.
Bu gün beş döyüşçü Diğomi qardaşlar məzarlığında dəfn ediləcək, şəxsiyyəti müəyyən edilmiş digər şəxslər isə ailələrin qərarına əsasən müxtəlif yerlərdə, o cümlədən nəsil məzarlığında hərbi qaydada dəfn ediləcək.