İrakli Kobaxidze və Mamuka Mdinaradze Respublika Xəstəxanasının tibb işçiləri ilə görüşüblər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlament çoxluğunun lideri Mamuka Mdinaradze Respublika Xəstəxanasının tibb işçiləri ilə görüşüblər.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda, görüşdə klinika ilə bağlı vəziyyətin ətraflı müzakirə edildiyi deyilir.
Hökumət başçısı problemin mümkün həlli yolları ilə bağlı həkimlərdən məlumat, arqumentlər və fikirlərini dinləyib. Prosesin zərər görməməsi, ictimaiyyətlə yanaşı, tibb işçilərinin də marağının nəzərə alınması üçün düzgün qərarın qəbul edilməsinin vacibliyi vurğulanıb.
Səhiyyə nazirinin də iştirak edəcəyi növbəti görüş sabah keçiriləcək. Yekun qərar yaxın vaxtlarda qəbul ediləcək.