İrakli Kobaxidze və Kaxa Kaladze bu həftə Strasburqda görüşlər keçirəcəklər
“Gürcü Arzusunun” icra katibi İrakli Kobaxidzenin bəyan etdiyinə görə, partiyanın baş katibi, Kaxa Kaladze ilə birlikdə bu həftə işçi səfərlə Strasburqa gedəcək. Onun dediyinə görə, səfər 12-13 fevralda baş tutacaq.
“Biz Strasburqa Avropa Parlamentində həmkarlarımızla görüş keçirməyə gedirik.
Bundan başqa, həmin günlərdə assosiyasiya komitəsi iclası keçiriləcək. Buraya da David Sonğulaşvilinin rəhbərliyi ilə gürcü nümayəndə heyəti gedir.
Bu çox əhəmiyyətli görüşlərdir ki, Avropa İttifaqı və Gürcüstan arasında əməkdaşlıq daha da sıx olsun. Bu görüşdə bizim daxili siyasi proseslər barəsində söhbətimiz olacaq. Bununla bağlı biz onlara məlumat çatdıracağıq”, – İrakli Kobaxidze bəyan etdi.