İrakli Kobaxidze - ümid edirik müsbət qərar veriləcək və Gürcüstan, Ukrayna və Moldova Aİ-yə namizəd ölkə statusu alacaq
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Aİ-nin sorğu vərəqəsi ilə bağlı danışarkən, hər üç ölkə – Ukrayna, Gürcüstan və Moldova ilə bağlı müsbət qərarın veriləcəyinə ümid etdiyini bildirir.
“Təəssüf ki, son vaxtlar Avropa liderləri tərəfindən heç də müsbət olmayan bəyanatlar verildi, üstəlik qərar qəbul etmək üçün konsensusa ehtiyac var. Bu, bizi bir az narahat edir, lakin yekun olaraq hər üç ölkə barəsində müsbət qərar veriləcəyinə və hər üç ölkə – Gürcüstan, Ukrayna və Moldovaya Aİ-yə namizəd ölkə statusu veriləcəyinə ümid edirik. Bunun perspektivi çox yaxşıdır və buna görə də biz buna ümid etməliyik”-deyə Kobaxidze bildirib.
Gürcüstan sorğu vərəqəsinin birinci hissəsini bu gün Aİ tərəfinə təqdim edəcək. Hakim komandada bildirirlər ki, ikinci hissənin tamamlanması üçün aktiv iş aparılır.