İrakli Kobaxidze -Ümid edirik ki, bizə namizəd statusu veriləcək və ötən ildən fərqli olaraq ədalətli qərar olacaq
Hamı bilir ki, biz ötən ilin iyununda da namizəd statusuna layiq idik, Avropa Komissiyasının özü ballarla qiymətləndirəndə bunu təsdiqlədi- deyə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə əsasən, hakim partiya birmənalı olaraq 12 tövsiyəni yerinə yetirir.
“12 bənd iyunun sonuna kimi yerinə yetiriləcək. Dekabrda namizəd statusu almaq üçün hər cür hazır olacağıq, buna baxmayaraq, dekabrda siyasi qərar veriləcək, siyasi qərar veriləndə isə şans həmişə 50/50 olur. Təəssüf doğuran hadisələrdən biri odur ki, siyasi kontekst keçən ilin iyun ayından bəri əsaslı şəkildə dəyişməyib, ona görə də risklər qalmaqdadır, lakin biz hələ də namizəd statusunun veriləcəyinə ümid edirik. Mən spekulyasiya etməyə başlaya bilmərəm, ölkəyə hansı statusun veriləcəyi Avropa Şurasından asılıdır. Ona görə də dekabrın qərarını gözləmək lazımdır. Ümid edirik ki, bizə namizəd statusu veriləcək, bu halda ötənilki qərardan fərqli olaraq ədalətli qərar veriləcəyinə ümid edirik”, – deyə Kobaxidze bildirib.