İrakli Kobaxidze - Ukraynaya silah vermək hərbi münaqişəyə qoşulmaq deməkdir, biz buna yol verə bilmərik, Ukrayna hakimiyyət nümayəndələrinin açıq şəkildə belə çağırışlar etməsi təəssüf doğurur
İrakli Kobaxidze - Ukraynaya silah vermək hərbi münaqişəyə qoşulmaq deməkdir, biz buna yol verə bilmərik, Ukrayna hakimiyyət nümayəndələrinin açıq şəkildə belə çağırışlar etməsi təəssüf doğurur

 

Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze Ukrayna xarici işlər nazirinin müavininin Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar dairəsinə qoşulacağına ümidvar olduğunu ifadə etməsi ilə bağlı adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

İrakli Kobaxidze Kiyev hakimiyyət nümayəndələrinin belə çağırışlar etməsinin təəssüf doğurduğunu bildirib.

“İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən də dolayı yolla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hakimiyyət nümayəndələrinin praktiki olaraq, açıq şəkildə belə çağırışlar etməsi təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir. Ukrayna xalqı bizə dost xalqdır, lakin təəssüf ki, Ukrayna hakimiyyəti dost dövlətin tərəfdaş iqtidarına yaraşan şəkildə hərəkət etmir”- deyə İrakli Kobaxidze açıqlayıb.

Bununla yanaşı, Kobaxidze Ukrayna xarici işlər nazirinin müavininin Tbilisinin Avropa İttifaqının işğalçı dövlətə qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulacağına ümidvar olduğunu ifadə etməsi ilə bağlı adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına da münasibət bildirib.

İrakli Kobaxidze konkret məlumatların Gürcüstan tərəfindən sanksiyalardan yayınma olmadığını sübut etdiyini bildirir.

“Sanksiyalardan yayınmağa gəlincə, biz bütün əks bəyanatların yalan, “Fake” olması ilə bağlı çoxlu faktlar təqdim etmişik və bu konkret göstəricilər, o cümlədən statistik göstəricilərlə sübut olunur. Onların barəsində danışdıqları faktların heç biri təsdiqini tapa bilmədi. Bütün bunlar burada da motivin həm də siyasi olduğunu göstərir. Onlar hansısa formada Gürcüstanı hərbi münaqişəyə qoşmaq istəyirlər. Bunu bəzən birbaşa müraciətlə, bəzən dolayı bəyanatlarla, bəzən də yalanlar yaymaqla etməyə çalışırlar ki, bu da indiki halda sanksiyalardan yayınmaqla bağlıdır. Əlbəttə, bu, tərəfdaş ölkə ilə münasibətlər kontekstində düzgün forma deyil”- deyə Kobaxidze açıqlayıb.