İrakli Kobaxidze - Ukraynanın atdığı addımlar, o cümlədən Ukrayna Radasının yeni bəyanatı təəssüfləndiricidir, lakin biz birtərəfli dostluq rejimində qalırıq
Yadınızdadır, “Milli Hərəkatın” nümayəndələri bəyan edirdilər ki, Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı keçirilən xüsusi əməliyyatda etnik olaraq gürcü olsa da, Ukraynanın yüksək rütbəli məmurları birbaşa iştirak edirdilər, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze bəyan etdi.
Kobaxidzenin dediyinə görə, bu fonda xüsusən Ukraynanın atdığı addımlar, o cümlədən Ukrayna Radasının yeni bəyanatı təəssüfləndiricidir
“Bu cür münasibət təəssüfləndiricidir, lakin biz Ukrayna hakimiyyətilə birtərəfli dostluq rejimində qalırıq”, – Kobaxidze bəyan etdi.
Bundan başqa, Ukrayna Radası Saakaşvilinin əfv olunması və müalicəyə aparılması ilə bağlı Salome Zurabişvilinin və Avropa İttifaqı ölkələrinin Parlamentlərinin adına qətnamə layihəsi hazırladı.