İrakli Kobaxidze - Ukrayna və Moldova üçün danışıqların açılmasına şadıq, Ukrayna və Moldova xalqını mühüm uğur münasibətilə təbrik edirik
İrakli Kobaxidze - Ukrayna və Moldova üçün danışıqların açılmasına şadıq, Ukrayna və Moldova xalqını mühüm uğur münasibətilə təbrik edirik

 
Həm Ukrayna, həm də Moldova üçün danışıqların açılmasına şadıq- bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze bu ölkələrin Avrointeqrasiya yolunda irəliləməsinin vacib olduğunu söyləyib.

“Həm Ukraynanı, həm də Moldovanı dəstəklədiyimizi ucadan deyirdik. Təbii ki, bu ölkələrin Avropaya inteqrasiya yolunda irəliləməsi bizim üçün vacib idi. Həm Ukrayna, həm də Moldova üçün danışıqların açılmasına şadıq. Ukrayna və Moldova xalqını olduqca mühüm uğur münasibətilə təbrik edirik. Ümid edirik ki, Ukrayna və Moldova tezliklə Avropa İttifaqına üzv olacaqlar” – deyə İrakli Kobaxidze açıqlayıb.

Avropa Şurasının qərarına əsasən, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu, Ukrayna və Moldova ilə üzvlük danışıqları açıldı.