İrakli Kobaxidze Ukrayna prezidenti ilə görüşdü

Gürcüstan parlamentinin sədri Ukraynada rəsmi səfərini ölkə prezidenti Petro Poroşenko ilə görüşlə başa çatdırdı.

Tərəflər iki ölkə arasında mövcud olan dost və partnyor münasibətlərini və gələcək əməkdaşlıq planlarını müzakirə etdilər.

“Ukrayna ilə xüsusi əlaqələrimiz var. Bizim sadəcə siyasi və iqtisadi maraqlarımız deyil, həmçinin, bənzər taleyimiz və tariximiz var. İki ölkə arasındaki münasibətləri qorumaq üçün əlimizdən gələni etməliyik və Gürcüstan parlamenti buna entuziazmla yanaşır” – dedi İrakli Kobaxidze.

Tərəflər ölkə qarşısında duran çağırışlar və Gürcüstan və Ukraynanın Avro-Atlantika strukturlarına inteqrasiyası məsələsi haqqında də söhbət etdilər.

Qeyd olundu ki, Gürcüstan və Ukrayna birgə məqsədlərinə nail olmaq üçün, beynəlxalq formatda koordinasiya şəklində çalışmalıdırlar.