İrakli Kobaxidze - Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin bəyanatı yaxın keçmişdə şahid olduğumuz məntiqsiz qərarların və addımların davamıdır
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin bəyanatı yaxın keçmişdə şahid olduğumuz məntiqsiz qərarların və addımların davamıdır-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Bu şərhlə Kobaxidze Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin bəyanatına “beynəlxalq sanksiyaların tətbiqi səbəbindən Rusiya Federasiyası hərbi, ikili təyinatlı və mülki malların təchizatı imkanından məhrumdur. Sanksiyalardan yan keçmək üçün rus agentləri konkret olaraq Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar. Bununla yanaşı, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri siyasi rəhbərlikdən qaçaqmalçıların fəaliyyətinə müdaxilə etməmək barədə göstərişlər alıblar” münasibət bildirib.
Kobaxidzenin bəyanatla bağlı qeyd etdiyi üzrə , “bu ittihamdır, çox ciddi hadisədir”.
“Bu, yaxın keçmişdə şahid olduğumuz məntiqsiz qərarların və addımların davamıdır. O cümlədən eynilə səfirin geri çağırılması bu qəbildəndir. Bütün bunların, təəssüf ki, bir sadə səbəbi var, mən bunu dəfələrlə demişəm, burada olan, radikal müxalifətdəki insanlar, və orada hakimiyyətdə olan Saakaşvili, Adeişvili, Lortkipanidze və digərləri. Belə bir vəziyyətdə belə məntiqsiz addımlar təbii ki, tamamilə məntiqlidir, bu təəssüfdoğurucu reallıqdır.
Bu konkret ittihama gəlincə, bu, çox ciddi hadisədir. Bunu da yumşaq deyirəm. Təəssüf ki, hakimiyyətlər arasında dostluq birtərəflidir, lakin biz ukraynalı dostlarımıza yardım, dövlətin və ölkənin maraqlarını maksimum dərəcədə reallaşdırmaq üçün bu birtərəfli dostluğu davam etdirməyə yenə də hazırıq.
Əgər şəxs bir ölkədə radikal müxalifətdə, digər ölkədə isə iqtidarın bir parçasıdırsa, belə bir zamanda istənilən məntiqsiz addım təbiidir, gözləniləndir və bu günün reallığını səciyyələndirən acınacaqlı nadir faktdır. Çıxış yolu Ukrayna hakimiyyətinə bu insanların Ukrayna hakimiyyətinin bir parçası olmamalarını demək idi , lakin təəssüf ki hər yerdə bacardıqları qədər vəziyyəti çığırından çıxaran, bu halda isə Ukraynada buna töhfə verən insanlar hələ də Ukrayna hakimiyyətinin bir hissəsidirlər. Onlar arasında Saakaşvili formal və ya qeyri-formal olaraq hələ də Ukrayna hökumətində İslahat Şurasının rəhbəridir.
Təbii ki, həm ikitərəfli münasibətlər, həm də Ukrayna, onun təhlükəsizliyi və sabitliyi üçün çox yaxşı olardı ki bu insanlar Ukrayna hökumətinin bir hissəsi olmayaydı, lakin təəssüf ki, Ukrayna hökuməti fərqli seçim etdi və bu gün də Saakaşvili , Adeişvili, Lortkipanidze və başqaları bu hökumətin bir hissəsidir. Bu, təəssüf ki, bu gün yaranmış çətin vəziyyətdə Ukraynanın işinə yaramayacaq” -deyə İrakli Kobaxidze bildirib.