İrakli Kobaxidze - uçuşların bərpası qərarı Rusiyanın birtərəfli qərarı olub və birtərəfli qaydada qəbul edilib
İrakli Kobaxidze - uçuşların bərpası qərarı Rusiyanın birtərəfli qərarı olub və birtərəfli qaydada qəbul edilib

Söhbəti eşitmədim, lakin uçuşların bərpası ilə bağlı qərar Rusiyanın birtərəfli qərarı idi və bu, birtərəfli qaydada qəbul edilib- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Qriqori Karasin və Zurab Abaşidzenin mediada yayılan telefon yazısı ilə bağlı bildirib.

Kobaxidzenin sözlərinə əsasən, Rusiya həm birtərəfli qaydada uçuşları ləğv edib, həm də birtərəfli qaydada onları bərpa edib.

“Hakimiyyətin uçuşları dayandırmasının yeganə yolu Rusiyaya qarşı sanksiyalar tətbiq etmək idi, bu, bizim üçün qətiyyən qəbuledilməz idi. Hər şey gün kimi aydındır. Söhbətin nədən ibarət olduğunu bilmirəm və eşitməmişəm”- Kobaxidze bildirib.