İrakli Kobaxidze UFC-nin çempionu İlia Topuria ilə görüşüb
İrakli Kobaxidze UFC-nin çempionu İlia Topuria ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze UFC-nin çempionu İlia Topuria ilə görüşüb.

Hökumət başçısı idmançını qələbə münasibətilə təbrik edib, onun qələbəsinin Gürcüstan və gürcü xalqı üçün olduqca qürurverici və önəmli olduğunu qeyd edib. İrakli Kobaxidze İlia Topurianın gələcək planları ilə də maraqlanıb və ona uğurlar arzulayıb.

Çempionla danışan baş nazir İspaniya vətəndaşlığının verilməsi ilə yanaşı, onun Gürcüstan vətəndaşlığının qorunub saxlanmasının vacib olduğunu vurğulayıb. Hökumət başçısı, İlia Topurianın vətəndaşlığını qorumaq üçün hər şeyin edilməsi məqsədilə Ədliyyə Nazirliyinə və prezidentə müraciət edir.

Baş nazirin dəvəti ilə Gürcüstana gələn UFC-nin çempionu martın 21-də Gürcüstan-Lüksemburq futbol matçında çempionluq kəmərini təqdim edəcək.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.