İrakli Kobaxidze UFC çempionu Merab Dvalişvili ilə qarşılaşıb
İrakli Kobaxidze UFC çempionu Merab Dvalişvili ilə qarşılaşıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze UFC çempionu titulunun sahibi Merab Dvalişvili ilə görüşüb.

Hökumət başçısı idmançını qələbə münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və qələbənin ölkə üçün əhəmiyyətini bir daha vurğulayıb.

UFC çempionu İrakli Kobaxidzeyə simvolik hədiyyə verib.

Bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.