Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb.
Gürcüstanın Hökumət Administrasiyasından verilən məlumatda, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi deyilir.
“Diqqət iqtisadi əməkdaşlıq məsələlərinə yönəldilib, o cümlədən Gürcüstan və Türkiyənin regional-geostrateji layihələrdə fəal əməkdaşlığı müzakirə edilib. Qeyd olunub ki, mövcud regional layihələr iki ölkə arasında səmərəli və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.
Regiondakı vəziyyəti də müzakirə ediblər. Regionun gələcək inkişafını və uzunmüddətli rifahı təmin etmək üçün sülh və sabitliyin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Gürcüstan Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü, eləcə də tanınmama siyasəti istiqamətində verdiyi qəti dəstəyi qiymətləndirir”-məlumatda qeyd olunub.