İrakli Kobaxidze Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Milli Təhsil Naziri Yusuf Tekin ilə görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.
Hökumət Administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə Respublikası arasında həm siyasi, həm də iqtisadi istiqamətlərdə mövcud olan sıx dostluq və çoxillik uğurlu tərəfdaşlıq vurğulanıb. Tərəflər təhsil və mədəniyyət əlaqələrinin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
“Bu kontekstdə Gürcüstan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirmək üçün imzalanmış müqavilə qeyd edilib. Sənədin iki ölkə arasında təhsil və mədəni əlaqələrin daha da dərinləşməsinə, həmçinin şagirdlər və təhsil sektorunun nümayəndələri üçün yeni imkanların yaradılmasına töhfə verəcəyi deyilib.
Hökumət başçısının sözlərinə görə, gürcü tərəfi Türkiyə ilə sıx tərəfdaşlığı davam etdirməyə və gənclər sektoru da daxil olmaqla qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyə hazırdır.
Hökumət Administrasiyasında keçirilən görüşdə təhsil, elm və gənclər naziri Qivi Mikanadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər”, – deyə hökumət administrasiyasının məlumatında deyilib.