İrakli Kobaxidze - Tini Koksun nüfuzuna heç kim şübhə etmirdi və onun 80 faiz dəstək görməsinin əsas səbəbi də məhz budur
“Gürcü Arzusu” öz mövqeyini bildirdikdən sonra müxalifət bu şəxsi hətta rusiyapərəst elan etdi. Bu, ikinci haldır. Bir zamanlar Saakaşvili Tini Koksu Kremlin agenti elan etmişdi, indi isə artıq “Mtavari Arxi” onu Kremlin agenti elan edir- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze Koksun nüfuzuna heç kimin şübhə etmədiyini bildirib.
“Onlar daha da irəli gedib dedilər ki, Tini Koksun seçilməsinə dəstək verən hər kəs Kremlin oyununu oynayır. Sizə demək istərdim ki, Tini Koksun seçilməsi Avropa Şurası Parlament Assambleyasının 80 faizi tərəfindən dəstəkləndi. Səslər 80-20 faizlə bölünüb. Bundan irəli gələrək gah Saakaşvili tərəfindən, gah da onun televiziyalarından eşidilən ittihamların nə qədər əsaslı olduğu çox aydındır. Koksun nüfuzuna heç kim şübhə etmirdi və onun 80 faiz dəstək görməsinin əsas səbəbi də məhz budur” -deyə Kobaxidze qeyd edib.
Tini Koksartıq ikinci dəfə Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilib. Koksun namizədliyini 175 deputat dəstəkləyib. Prezidentliyə ikinci namizəd 44 səs toplayan ukraynalı Aleksandr Merejko olub.