İrakli Kobaxidze - tərəfdaşlarla son görüşlərdən sonra məndə təəssürat yarandı ki, qanun normaları ilə əlaqədar müzakirə üçün hazırlıq var
Tərəfdaşlarla son görüşlərdən sonra məndə təəssürat yarandı ki, qanun normaları ilə bağlı müzakirə üçün hazırlıq var”, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze media ilə görüşü zamanı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə danışarkən bildirdi.
Onun sözlərinə görə, hazırda tərəfdaşlar tərəfindən konstruktiv yanaşma nümayiş etdirmək və konkret qanun layihəsinin müzakirəsinə daxil olmaq üçün hazırlıq var.
“Mən müsbət dəyişikliklər görürəm. O cümlədən, son görüşlərdən sonra məndə təəssürat yarandı ki, qanun normaları ilə əlaqədar müzakirə üçün hazırlıq var. Mən tərəfdaşlarımıza izah etdim ki, veto proseduru çərçivəsində mövqeləri müqayisə etmək olar. Biz bilirik ki, Salome Zurabişvilinin özü belə veto qanunları yazmır, ya “qeyri-hökumət təşkilatları” yazır, ya da kənardan yazırlar. Müvafiq olaraq bu rıçaqdan bir daha istifadə etmək mümkündür. Bu qanun layihəsi ilə bağlı mövqeləri müqayisə etmək üçün veto prosedurundan istifadə etmək mümkündür. Burada artıq bizim tərəfdaşlarımız konkret iradlar təqdim etməyə və Prezidentin vetosunda bunu əks etdirməyə məcbur olacaqlar. Veto parlamentə daxil olduğu zaman, o, konkret qanun layihəsi şəklində formalaşdırılmış olmalıdır.Burada artıq sizə konkret bir şey təklif etmək məcburiyyəti var. O vaxta qədər biz mövqeylərimizi müqayisə və müzakirə etmək üçün hazırıq. Bizim tərəfimizdən tamamilə açıqlıq və hazırlıq var. Son tendensiyalar yaxşıdır, biz konstruktivlik elementlərini görürük. Əvvəllər qanunun uyğun olmaması, niyə uyğun olmaması ilə əlaqədar yalnız ümumi bəyanat var idi – konkretlik yox idi, hazırda artıq konstruktiv yanaşma nümayiş etdirmək və konkret qanun layihəsinin müzakirəsinə daxil olmaq üçün, hazırlıq var, biz isə bunu ancaq təqdir edirik.