İrakli Kobaxidze tələbə parlamentinin nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze tələbə parlamentinin nümayəndələri ilə görüşüb

Parlament çoxluğunun lideri İrakli Kobaxidze tələbə parlamentinin nümayəndələri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İrakli Kobaxidze xarici siyasət prioritetləri, Gürcüstanın Avropa və Avro-Atlantik istəkləri və mövcud çağırışlardan danışıb.

Tələbələrlə söhbət zamanı Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsinin vacibliyinə diqqət yetirilib.

İrakli Kobaxidze gəncləri Gürcüstanın qanunvericilik və icra hakimiyyəti orqanlarının Avropaya inteqrasiya istiqamətində apardığı islahatlarla tanış edib. Tələbələrlə görüşdə söhbətdə cari siyasi proseslərə də toxunulub. Görüşün sonunda İrakli Kobaxidze tələbələrin suallarını cavablandırıb.