İrakli Kobaxidze - Təəsüf ki, Rusiya bizim praqmatik yanaşmamıza öz hər zamanki praqmatizmi ilə cavab vermir
İrakli Kobaxidze - Təəsüf ki, Rusiya bizim praqmatik yanaşmamıza öz hər zamanki praqmatizmi ilə cavab vermir

“Təəssüf ki, Rusiya bizim praqmatik yanaşmamıza öz hər zamanki praqmatizmi ilə cavab vermir və bu Rusiyanın son bəyanatında da bəlli olur” – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze verdi.

Kobaxidze ümid etdi ki, Rusiyanın qeyd olunan mövqeyi dəyişiriləcək. Problemin həlli üçün isə, müvafiq yollar tapmaq lazımdır.

“Bizim tərəfimizdən hərşey edilir ki, Rusiya-Gürcüstan münaqişəsi həll edilsin. Bizim praqmatik mövqeyimiz 2012-ci ildən yaradılıb. Mən Rusiyanın cavabına sinizm deməzdim, ancaq təbii ki, Rusiyanın daha konstruktiv bir yanaşma bildirilməsini gözləyərdim” – dedi Kobaxidze.

Onun dediyinə görə, Gürcüstan dialoq üçün hazırdır və praqmatik siyasətin başqa alternativi yoxdur.

“Qeyri-praqmatik siyasətin bizi haraya gətirib-çıxardığını 2008-ci ildə gördük. İkinci tərəfin bəyanatlarının hər nə qədər destruktiv və konstruktiv olmasına baxmayaraq, biz münaqişənin sülh yolu ilə həll edilməsi üçün əlimizdən gələni etməliyik” – dedi İrakli Kobaxidze.