İrakli Kobaxidze - təəssüfləndiricidir ki, ölkəmizin ən ağrılı problemi pravoslav dövlətinin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsidir
Xristianlıq gürcü milləti üçün yalnız inam deyildi, xristianlıq dəyərləri gürcü incəsənətinin, ədəbiyyatının, ictimai dəyərlərin, əlaqələr mədəniyyətinin əsası idi, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze Pravoslavlığın Parlamentlərarası Assamleyasının (IAO) 26-cı baş assamleyasında bəyan etdi.
Onun dediyinə görə, gürcü milləti xristianlığı yeganə həqiqi və dövlət dini kimi bəyan edənlərdən biri idi.
“İnam, azadlıq və müstəqilliyi qorumaq üçün əsrlər boyunca mübarizə aparan və bu mübarizədə qalib gələn ölkə sizə ev sahibliyi edir. Xristianlıq gürcü milləti üçün yalnız inam deyildi, xristianlıq dəyərləri gürcü incəsənətinin, ədəbiyyatının, ictimai dəyərlərin, əlaqələr mədəniyyətinin əsası idi.
Xristianlığın xüsusiyyətləri – dözümlülük, davamlılıq və gələcəyə ümud Gürcüstanı xilas etdi”, – İrakli Kobaxidze bəyan etdi.
O, işğal olunmuş ərazilər barəsində də söhbət etdi və qeyd etdi ki, təəssüfləndiricidir ki, ölkəmizin ən ağrılı problemi, qonşu pravoslav dövlətinin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsidir.
Onun dediyinə görə, zoraklıqla Gürcüstanın əyilməsi mümkün olmayacaq, çünki gürcü xalqının bu günki siyasi kursu Gürcüstanın tarixi seçimidir.
Parlamentin sədri konstitusiya islahatına da diqqət yetirdi və qeyd etdi ki, keçən il, Gürcüstanda konstitusiya islahatının uzunmüddətli və çətin prosesi başa çatdı.