İrakli Kobaxidze təbii fəlakət zonasına, Nerqeeti kəndinə gedib
İrakli Kobaxidze təbii fəlakət zonasına, Nerqeeti kəndinə gedib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Bağdatinin Nerqeeti kəndinə, fəlakət zonasına gedib.

İrakli Kobaxidze təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

“Böyük faciə baş verdi, mərhumların ailə üzvlərinə başsağlığı veririk. Vəziyyətlə tanış olduq. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir”, – deyə Kobaxidze bildirib.

Bağdatinin Nerqeeti kəndində fevralın 7-də gecə saatlarında baş verən torpaq sürüşməsi 4 evi uçurub. Təbii fəlakət nəticəsində 9 nəfər həlak olub.