İrakli Kobaxidze - təbii fəlakət bölgəsində axtarış əməliyyatları davam edir, mənzərə mürəkkəbdir, bir neçə nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib
Axtarış əməliyyatları davam edir, mənzərə acınacaqlıdır, bütün qurumlar işlərə cəlb olunub, İnfrastruktur Nazirliyi fəal işləyir, 80 ağır texnika səfərbər olunub və çox intensiv işlər aparılır, – İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, indiki mərhələdə 18 nəfərin cəsədi tapılıb və axtarış tədbirləri davam etdirilir.
“Qiymətləndirmələrə, təhlillərə gəlincə, bu barədə mütəxəssislərin danışması daha yaxşıdır. Bizdə hər şey haqqında müxtəlif məlumatlar var, amma yaxşı olar ki, bütün bunlardan mütəxəssislər, ekspertlər danışsınlar. 18 nəfərin meyiti tapılıb. Şəxsiyyətin müəyyənləşdirilməsinə gəlincə, hələ bir neçə nəfərin şəxsiyyəti müəyyən edilməyib. Haqqında çoxlu fərziyyələr səslənən suyun səviyyəsinə gəlincə, deyəsən, əvvəlki günlərdə bu, artıb. Suyun səviyyəsi suölçənlərlə ölçülür və nə ötən gün, nə də həmin gün fəlakətin dəqiqələri istisna olmaqla, suyun səviyyəsində nə artım, nə də azalma qeydə alınmayıb. Qalanını səlahiyyətli şəxslər deyəcək”-Kobaxidze bildirib.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.