İrakli Kobaxidze - Tamar Jvanianın vəzifəsində qalıb qalmayacağını danışanlar, öncə onun haqsız olaraq, eşitdiyi təhqirlərə görə ondan üzr istəsinlər
İrakli Kobaxidze - Tamar Jvanianın vəzifəsində qalıb qalmayacağını danışanlar, öncə onun haqsız olaraq, eşitdiyi təhqirlərə görə ondan üzr istəsinlər

Tamar Jvanianın vəzifəsindən getməsini istəyənlər, öncə o qadının haqsız yerə eşitdiyi təhqirlərə görə üzr istəsinlər, – bu bəyanatı “Gürcü Arzusunun” lideri İrakli Kobaxidze MSK sədri Tamar Jvanianın növbəti seçkiləri keçirib-keçirməyəcəyi ilə bağlı suallara cavab olaraq verdi.

Onun dediyinə görə, Mərkəzi Seçki Kommisiyasının sədrini kimsə vəzifəsindən azad edə bilməz və orada qalıb-qalmayacağı onun müstəqil qərarı olaraq.

“MSK sədri vəzifəsində qalıb-qalmayacağı onun öz qərarı olacaq və getməsini tələb edənlər öncə onun tamamilə haqsız yerə eşitdiyi təhqirlərə görə üzr istəsinlər. Öncə üzr istəsinlər, sonra da onun vəzifədə qalıb-qalmamasını müzakirə etsinlər”, – dedi Kobaxidze.