İrakli Kobaxidze - standartlara uyğun olaraq, qidanı kiməsə zorla çatdırmaq olmaz, Saakaşvili yalnız ailəsi tərəfindən çatdırılan, lazımi kalorili olmayan yeməyi qəbul edir
İrakli Kobaxidze - standartlara uyğun olaraq, qidanı kiməsə zorla çatdırmaq olmaz, Saakaşvili yalnız ailəsi tərəfindən çatdırılan, lazımi kalorili olmayan yeməyi qəbul edir

Standartlara uyğun olaraq, qidanı kiməsə zorla çatdırmaq olmaz, hakimiyyətin onun resursu yoxudur ki, başqa cür etsin, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze Mixeil Saakaşvili barəsində söhbət edərkən qeyd etdi.

Kobaxidzenin dediyinə görə, Saakaşvili yalnız ailəsinin çatdırdığı qidanı qəbul edir.

“Heç kimin məhbusa zorla yemək verməyə haqqı yoxdur. Məhbus “Viamedin”, penitensiar xidmətin qidasını qəbul etmək istəmir, yalnız ailəsi tərəfindən çatdırılan, lazımi kalorili olmayan yeməyi qəbul edir. Buna görə, hakimiyyətin onun resursu yoxudur ki, başqa cür etsin. Bu, beynəlxalq standartdır”, – Kobaxidze bəyan etdi.