İrakli Kobaxidze Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib
Ən böyük faciə baş verdi. İlk növbədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm-“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Şovidə təbii fəlakət zonasında olarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əsas odur ki, xilasetmə işləri davam etdirilsin.
“Xilasedicilərə, polislərə və əsgərlərə təşəkkür edirəm, onlar gecə-gündüz çalışırlar ki, mümkün qədər çox insanı xilas etsinlər. Vəziyyət asan deyil, görürük. Ümid edək ki, mümkün qədər çox insan xilas olacaq. Əsas odur ki, nə baş verdiyini, bu işlərin necə aparıldığını ən yaxşı qurumlar, o strukturlar bilir. Ona görə də onlar ən səriştəlidirlər”, – İrakli Kobaxidze bildirib.