İrakli Kobaxidze - Slovakiyanın baş naziri Robert Fitsoya qarşı qəddar və ağılsız hücumu qətiyyətlə qınayırıq
İrakli Kobaxidze - Slovakiyanın baş naziri Robert Fitsoya qarşı qəddar və ağılsız hücumu qətiyyətlə qınayırıq

Biz Slovakiyanın baş naziri Fitsoya qarşı qəddar və ağılsız hücumu qətiyyətlə qınayırıq, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanın diqqəti Slovakiyanın baş nazirinə və slovak xalqına yönəlib.

“Biz Slovakiyanın baş naziri Fitsoya qarşı qəddar və ağılsız hücumu qətiyyətlə qınayırıq. Çağırışlarla dolu bu zamanda bizim düşüncələrimiz ona və slovak xalqına yönəlib”, – deyə İrakli Kobaxidze yazır.

Slovakiyanın baş naziri Robert Fitsoya hökumətin iclasından sonra küçədə odlu silahla atəş açıblar. Şahidlərin sözlərinə görə, hücum edən şəxs hadisə yerində saxlanılıb. Hökumətin iclası Bratislavadan 180 km aralıda yerləşən Handlova şəhərindəki Mədəniyyət Evində keçirilirdi.