İrakli Kobaxidze siyasi qütbləşməni azaltmaq üçün müxalifətə, QHT-lərə və mətbuata aqressiv ritorikaya moratorium elan edilməsini təklif edir
Siyasi qüvvələr arasında radikal qarşıdurmanın azalması və aqressiv ritorikaya bir növ moratorium elan edilməsi önəmlidir -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin də qeyd etdiyi kimi, hakim komanda Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 12 müddəanın müvafiq vaxtda və lazımi keyfiyyətdə yerinə yetirilməsini təmin edir.
“Xatırlatmaq istərdim ki, qeyd olunan müddəaların əksəriyyəti Gürcüstan və Avropa İttifaqı arasında bağlanılmış assosiasiya gündəminin bir hissəsidir. Hakim komanda Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 12 müddəanın müvafiq vaxtda və lazımi keyfiyyətdə yerinə yetirilməsini təmin edir.
Birinci müddəa siyasi qütbləşməni azaltmaqdır. Bu birinci müddəanı geridə qalan 11 müddəanın effektiv şəkildə yerinə yetirilməsi üçün bir növ əsas hesab etməliyik. Siyasi qütbləşmə ölkəmizin əsas problemlərindən biridir, qütbləşmə şəraitində siyasi müzakirələr dövlət əhəmiyyətli məsələlər yerinə, cəmiyyət üçün ikinci dərəcəli, müxtəlif siyasi subyektlər üçün dar siyasi çəkiyə malik mövzulara keçirilib. Bu vəziyyəti dəyişmək üçün siyasi qüvvələr arasında radikal qarşıdurmanın azalması və aqressiv ritorikaya bir növ moratorium elan edilməsi önəmlidir.
Biz bu nöqteyi nəzərdən öz məsuliyyətimizi tam dərk edirik, eynilə, müxalifət növbəti 6 ay ərzində hakimiyyətin daxili və xarici legitimliyinin tanınmamasını nəzərdə tutan bu cür ritorikadan çəkinməlidir. Bu həm də mətbuata aiddir, çünki ATƏT/DTİHB-nin hesabatına əsasən Gürcüstanda siyasi qütbləşmənin əsas mənbələrindən biri mətbuatdır, eyni şey kifayət qədər böyük hissəsi bu qütbləşmiş kampaniyada birbaşa iştirak edən qeyri-hökumət təşkilatlarına da şamil olunur “-deyə Kobaxidze bildirib.