İrakli Kobaxidze - seçkiyə qatılmış subyektləri, təxribatlardan tərəddüd etməyə doğru çağırıram
Parlamentin sədri, İrakli Kobaxidze seçkiyə qatılmış subyektləri, qanuna tabe olmağa və təxribatlardan tərəddüd etməyə çağırır.
Onun dediyinə görə, səsvermə prosesi dinc şəraitdə keçirilir, lakin müxalifət nümayəndələri tərəfindən təxribatlar qeydə alınır.
“İlk növbədə qeyd etmək istəyirəm ki, səsvermə prosesi dinc şəraitdə keçirilir. Hansısa önəmli pozuntular, müxalifətin təxribatlarını saymasaq, qeydə alınmır. Bir daha seçkiyə qatılmış subyektləri, qanuna tabe olmağa və təxribatlardan tərəddüd etməyə çağırıram.
Elə burada bildirmək istəyirəm ki, mövcud olan göstəricilərlə, Salome Zurabişvili seçkilərdə birinci turda qalib gəlir”, – Kobaxidze bəyan etdi.
O, seçiciləri fəal olmağa çağırdı.