İrakli Kobaxidze - Seçkilərə qoşulan bütün subyektlərə müraciət edirik ki, yüksək vətəndaşlıq məsuliyyəti göstərsinlər
Seçkilərə qoşulan bütün subyektlərə müraciət edirik ki, yüksək vətəndaşlıq məsuliyyəti göstərsinlər, – bu bəyanatı parlamentin sədri İrakli Kobaxidze bugün keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, bu vaxta qədər iqtidar hər cür aqresiyanın prevensiyasını həyata keçirdi və sabitliyi qoruya bildi.
Parlamentin sədri hərkəsə qanun pozuntularından baş qaçırdmaları və provokasiyadan uzaq durmaları üçün müraciət etdi.
“Sabah biz prinsipal seçim edəcəyik. Ölkəmiz üçün bu yenə bir ləyaqət məsələsi olan seçkilərdir. Bu avtokratiya və demokratiya, zorakılıq və ləyaqət arasında, Sovet keçmişi və Avropaya doğru gedən yol arasında seçimdir.
Əminik ki, gürcü xalqı sabah yenə bir daha doğru seçim edəcək”, – dedi İrakli Kobaxidze.
Bununla yanaşı, parlamentin sədri seçiciləri seçkilərdə fəal olmağa çağırdı.