İrakli Kobaxidze - seçkilər konstitusional müddətdə keçiriləcək, radikal müxalifətə diqqəti özlərinə ziyan vuran ritorika əvəzinə parlament seçkilərinə cəmləşdirməyi məsləhət görürəm
İrakli Kobaxidze - seçkilər konstitusional müddətdə keçiriləcək, radikal müxalifətə diqqəti özlərinə ziyan vuran ritorika əvəzinə parlament seçkilərinə cəmləşdirməyi məsləhət görürəm

 

 Seçki sistemini və iki illik səlahiyyət müddətini, eləcə də reytinqləri nəzərə almaqla növbədənkənar seçkilər məhz radikal müxalifətin işinə yaramır- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze növbədənkənar seçkilərdən danışanın məhz radikal müxalifət olduğunu bildirir.

“Onlar növbədənkənar seçki olmayacağını çox yaxşı bilirlər. Seçkilər konstitusional müddət çərçivəsində – 2024-cü ilin oktyabrında keçiriləcək. Bir neçə aya parlament seçkilərinə hazırlığa başlamalıdırlar. Özlərinə ziyan vuran ritorika əvəzinə mən onlara diqqəti parlament seçkilərinə cəmləşdirməyi məsləhət görürəm”-deyə Kobaxidze açıqlayıb.