İrakli Kobaxidze - sanksiyaların tətbiqinə və başqalarının puluna ən çox vaxtı, enerjini 308 avropalı parlamentari sərf edib və bu günədək sərf edir
Ölkəmizin düzgün inkişafında maraqlı olan hər kəsin orkestrlənmiş fırtına və müvafiq bəyanatlarla razılaşmaması vacibdir, bu barədə səfirin mövqeyini eşitmək gürcü cəmiyyəti üçün çox vacib olardı, -deyə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Jurnalist Kobaxidzedən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın “Bəzilərinin Aİ-yə üzvlük üçün aydın yola diqqət yönəltmək yerinə , sanksiyalar və ya başqalarının pul məsələlərini müzakirə etməyə bu qədər vaxt və enerji sərf etməsi bir az çaşqınlıq yaradır”-deyə verdiyi açıqlamanı qiymətləndirməyi xahiş edib.
Kobaxidze , 300-dən çox avropalı parlamentarinin buna vaxt və enerji sərf etdiyini bildirib.
“Bu, çox maraqlı mesajdır və xatırlatmaq istərdim ki, bir zamanlar və bu günədək buna, başqalarının puluna vaxt və enerji sərf edənlər 300-dən çox avropalı parlamentaridir. Qətnaməni bu mövzuya həsr etdilər, bunlara QHT-lər, radikal müxalifətin nümayəndələri və s . daxildir. Başqasının puluna vaxt və enerji sərf edənlərin siyahısı kifayət qədər uzundur, belə bir məqamda təbii ki, biz də bu mövzuda cavab verməli, öz mövqeyimizi bildirməli oluruq. Bundan irəli gələrək, bu mesajın adresatının əslində bu 308 avropalı parlamentari olduğunu hesab edirəm, istənilən halda buna ümid edirəm. Bu cür bəyanatlar verildikdə və hamı tərəfindən bu orkestrlənmiş fırtınanın siyasi çəkisi başa düşüldükdə, ölkəmizin düzgün inkişafında maraqlı olan hər kəsin orkestrlənmiş fırtına və müvafiq bəyanatlarla razılaşmaması vacibdir, bu barədə səfirin mövqeyini eşitmək gürcü cəmiyyəti üçün çox vacib olardı” – deyə İrakli Kobaxidze bildirib.