İrakli Kobaxidze - Salome Zurabişvilinin səlahiyyət müddətinin başa çatmasına aylar qalıb, bu səbəbdən dövlətin maraqlarına zərər vurmağa və ondan tapşırıqları yerinə yetirmək üçün maksimum istifadə etməyə çalışır
Salome Zurabişvilinin Çin Prezidenti ilə bağlı açıqlamasına münasibət bildirmək istərdim, bu, hökumətin üzr istəməli olduğu utancverici bəyanat idi, bu, birinci dəfə deyil, onun 2019-cu ildə Qareci məsələsi ilə bağlı açıqlamasını xatırlayırsınız, hökumətə diplomatik problemləri aradan qaldırmaq üçün aylar lazım gəldi – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze parlamentin plenar iclasında bəyan etdiyi kimi, Salome Zurabişvili formal prezidentdir.
“Zurabişvili hansısa formada dövlət maraqlarımıza zərər vurmağa çalışır, onun səlahiyyət müddətinin bitməsinə aylar qalıb və o, bu aylardan maksimum istifadə edərək tapşırıqları, dövlət əleyhinə yönəlmiş tapşırıqları yerinə yetirməyə çalışır.Zurabişvili bunu edə bilməyəcək, o, formal prezident olaraq qalır. Bundan irəli gələrək, dövlət maraqları əvvəldən axıra kimi qorunacaq”- Kobaxidze bildirib.