İrakli Kobaxidze - Salome Zurabişvilinin müsahibəsi bir daha təsdiq edir ki, hökumət heç bir halda onu Avropaya göndərə bilməzdi
Salome Zurabişvilinin müsahibəsi bir daha təsdiq edir ki, hökumət heç bir halda onu Avropaya göndərə bilməzdi – bu barədə Gürcüstan Prezidentinin CBS NEWS -a müsahibəsi ilə bağlı “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidzenin sözlərinə əsasən, hökumətin onu Avropaya buraxmamasının daha bir sübutunu Salome Zurabişvilinin özü göstərib.
“Salome Zurabişvilinin Avropa liderlərinə baş nazirin avrointeqrasiya ilə bağlı müəyyən edilmiş mövqeyinin olmaması, hökumətin xarici siyasətinin aydın olmaması və s. kimi mesajlarla danışması təbii ki, birbaşa namizəd statusuna qarşı ajiotajdır. Müvafiq olaraq, Salome Zurabişvilinin özü hökumət tərəfindən Avropaya buraxılmaması gərəkdiyinin daha bir sübutunu təqdim etdi” – İrakli Kobaxidze qeyd edib.