İrakli Kobaxidze - Salome Zurabişvili liderlik edir, lakin artıq aydındır ki, ikinci tur olacaq
Artıq aydındır ki, ikinci tur olacaq, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze partiya ofisində keçirilən brifinqdə bəyan etdi.
Onun dediyinə görə, Salome Zurabişvili qalib gəlir, halbuki hazırda olan göstəricilərlə, aydın oldu ki, ikinci tur olacaq.
“Səslərin hesablanması prosesi həyata keçirilir. Bizə protokol göstəriciləri daxil olur. 1000-ə qədər məntəqənin göstəriciləri hesablanıb. Salome Zurabişvili liderlik edir, o, birinci yerdədir. Lakin artıq aydındır ki, ikinci tur olacaq və burada Salome Zurabişvili və Qriqol Vaşadze iştirak edəcəklər”, – İrakli Kobaxidze bəyan etdi.
Parlamentinin sədri, İrakli Kobaxidzenin dediyinə görə, hakim partiya ikinci turda Salome Zurabişvilinin qələbısində əmindir.