İrakli Kobaxidze - Salome Zurabişvili konstitusiyanı məqsədyönlü şəkildə pozduğuna dair etirafedici ifadə verdi, bu, Konstitusiya Məhkəməsindəki prosesdən əvvəl olduqca yaxşı hədiyyə idi
Salome Zurabişvili konstitusiyanı məqsədyönlü şəkildə pozduğuna dair etirafedici ifadə verdi, bu, Konstitusiya Məhkəməsindəki prosesdən əvvəl olduqca yaxşı hədiyyə idi-bu barədə Quriya bölgəsində fəlakət zonasında olan “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.
Bu bəyanatla İrakli Kobaxidze Salome Zurabişvilinin öz vəsaiti hesabına müxtəlif ölkələrə səfərlərini davam etdirəcəyinə dair müraciətinə cavab verib.
“Konstitusiya Məhkəməsində impiçment məsələsi müzakirə olunacaqkən ona bunu kimin məsləhət gördüyünü, bilmirəm. Bu birbaşa etirafdır. Təbii ki, o, büdcədən xərcləsəydi, konstitusiyanı pozmaqla yanaşı, bu cinayət işi də olacaqdı. Bu səbəbdən büdcədən xərcləmədi. Bu, prezidentin səfərinin konstitusiyaya zidd məzmunundan xəbərdar olmasının birbaşa ictimai etirafıdır. Müvafiq olaraq, Konstitusiya Məhkəməsindəki proseslərdən əvvəl bu, olduqca yaxşı hədiyyə idi. O, Konstitusiyanı bilərəkdən, məqsədyönlü şəkildə pozması faktı ilə bağlı Konstitusiya Məhkəməsinə birbaşa etirafedici ifadə verdi. O, həmçinin konstitusiyanı kobud şəkildə pozmağa davam edəcəyinə söz verib, bu da narahatlıq doğurur. Konstitusiyanı birinci qoruyan prezident olmalıdır. Onun, konstitusiyanı kobud şəkildə pozmağa davam edəcəyini açıq şəkildə bəyan etməsi, təbii ki, tamamilə qəbuledilməzdir”- deyə İrakli Kobaxidze bildirib.