Salome Zurabişvili ilə konkret ukraynalı yüksək rütbəli məmurlarının dostluğu təəccüblü deyil, Zurabişvili görüşlərdə bizi açıq şəkildə ikinci cəbhəyə çağırırdı
Salome Zurabişvili ilə konkret ukraynalı yüksək rütbəli məmurlarının dostluğu təəccüblü deyil, Zurabişvili görüşlərdə bizi açıq şəkildə ikinci cəbhəyə çağırırdı

Salome Zurabişvili görüşlərdə açıq şəkildə bizi ikinci cəbhəyə çağırırdı, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin Salome Zurabişvilinin “Krım platforması”nın dördüncü sammitinə dəvət olunması ilə bağlı ünvanladığı sualına cavabında bildirib.

Hökumət başçısının söylədiyinə görə, Zurabişvili ilə Ukraynanın yüksək rütbəli məmurları arasında dostluq onun üçün qətiyyən təəccüblü deyil.

“Təəssüf ki, Salome Zurabişvili də ikinci cəbhə ilə bağlı çağırışların eşidildiyi yerdədir. Mən Şalva Papuaşvili və mənim Salome Zurabişvili ilə görüşümüzü bir daha xatırlamaq istəyirəm. Bu müharibə başlayandan sonra ikinci və ya üçüncü gün idi, burada Salome Zurabişvili iclasa bu sözlərlə başladı: Baxıın, Zelenski qəhrəmandır, siz də belə qalın. Zurabişvili bizi hara çağırırdısa, onu başa düşmək çox asandır. Müvafiq olaraq, Salome Zurabişvili ilə konkret yüksək rütbəli məmurlar arasında dostluq mənim üçün qətiyyən təəccüblü deyil, Salome Zurabişvili görüşlərdə bizi açıq şəkildə ikinci cəbhəyə çağırırdı”, – baş nazir bildirib.