İrakli Kobaxidze Salome Zurabişvili  barəsində - o, Parlament Respublikasının prezidentidir, onun heç bir xüsusi səlahiyyəti yoxdur, lakin onun bu cür bəyanatları ölkə üçün zərərlidir
İrakli Kobaxidze Salome Zurabişvili barəsində - o, Parlament Respublikasının prezidentidir, onun heç bir xüsusi səlahiyyəti yoxdur, lakin onun bu cür bəyanatları ölkə üçün zərərlidir

Prezidentin bizə və ya ölkəyə ciddi problem yaratmaq üçün xüsusi səlahiyyətləri yoxdur, kiçik çətinliklər yarada bilər, amma ölkəni başqa istiqamətə apara bilməyəcək, çünki onun Parlament Respublikasında səlahiyyətləri çox məhduddur, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze “İmedinin” efirində bəyan etdi.

Onun dediyinə görə, prezidentin bəzi bəyanatı ölkə üçün ziyanlıdır.

“Dəfələrlə çalışdıq ki, ona nələrisə başa salaq. O cümlədən ola bilsin məlumatın defisiti üzündən analiz etməkdə çətinlik çəkir. Sizi əmin edirəm ki, biz onunla keçən il və bu il ictimaiyyətlə bunu etmək imkanımız olduğundan daha çox məlumat paylaşdıq. Amma burada da hər şeyi təhlil etmək, qiymətləndirmək çətin idi, təəssüf ki. Amma bir daha deyirəm ki, o, Parlament Respublikanın prezidentidir, onun heç bir xüsusi səlahiyyəti yoxdur, ölkəni yıxa bilməz, amma onun bu cür bəyanatları bizə, hakim partiyaya yox, ölkəyə zərərlidir. Biz ona hər şeyi bir daha izah etməyə hazırıq, lakin onun bəzi şeyləri təhlil edəcəyinə artıq ümidimiz yoxdur”, – İrakli Kobaxidze bəyan etdi.