İrakli Kobaxidze - Salome Zurabişvili Avropaya səfərləri ilə bağlı həqiqəti söylədisə, belə çıxır ki, o konstitusiyanı pozub
İrakli Kobaxidze - Salome Zurabişvili Avropaya səfərləri ilə bağlı həqiqəti söylədisə, belə çıxır ki, o konstitusiyanı pozub

 

Gürcüstan prezidenti Salome Zurabişvili Avropaya səfərləri ilə bağlı həqiqəti söylədisə, belə çıxır ki, o konstitusiyanı pozub-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzeyə Salome Zurabişvilinin açıqlaması ilə bağlı sual ünvanlanıb. Prezidentin illik hesabatı zamanı da qeyd etdiyi kimi, onun Avropada işgüzar səfərlər keçirməsinə yox cavabı verilib və buna görə şəxsi görüşlər keçirib.

“Prezidentin dedikləri əgər doğrudursa, belə çıxır ki, konstitusiyanı pozub. Biz bu məsələni öyrənəcəyik” -deyə Kobaxidze bildirib.

Prezidenti yalan danışmaqda mı ittiham edirmi deyə ünvanlanan suala Kobaxidze cavabında bildirib :

“Əgər o, həqiqəti dedisə və çox güman ki, həqiqəti söylədi, belə çıxır ki, konstitusiyanı pozub. Bunu öyrənəcəyik”-deyə İrakli Kobaxidze bildirib.