İrakli Kobaxidze - Saqareco faciəsində həlak olanların ailələrinə başsağlığı verir, qəhrəmancasına həlak olan polisin qarşısında baş əyirəm
“Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze Saqareco faciəsində həlak olanların ailələrinə, dostlarına və yaxınlarına başsağlığı verir.
Kobaxidze rəsmi “feysbuk” səhifəsində yazdığı kimi, qəhrəmancasına həlak olmuş polisin qarşısında baş əyir.
“Saqareco faciəsində həlak olanların ailələrinə başsağlığı verir, qəhrəmancasına həlak olan polisin, Otar Ğviniaşvilinin qarşısında baş əyirəm”, – Kobaxidze yazır.
Saqarecoda, korpusların birindən naməlum şəxs atəşi gecə yarısı açdı.
Son məlumatla, atəş nəticəsində beş nəfər həlak oldu, beş nəfər isə, yaralandı. DİN-in məlumatına görə, hadisə yerinə xüsusi təyinatlı dəstə üzvləri gedən kimi, hücumçu odlu silahdan atəş açaraq, güman edildiyinə görə, intihar etdi.