İrakli Kobaxidze – Saakaşvilinin vəziyyəti ilə bağlı həkimlərin gündəlik məlumatlarını heç kim saxtalaşdıra bilməz, onun vəziyyətini göstərəcək analizin nəticələri dərc olunacaq

15:30, 16.11.2021

“Həkimlərin Saakaşvilinin səhhəti ilə bağlı yaydığı məlumatı hər gün heç kim saxtalaşdıra bilməz. Saakaşvilinin vəziyyətini göstər’n analiz nəticələri dərc olunacaq”, – “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, bu günə olan məlumata görə, Mixeil Saakaşvilinin analizində cavablar qaydasındadır.

“Saakaşvilinin artıq 200-dən çox qonağı olub və hamı əmindir ki, vəziyyət yaxşıdır. Yayılan məlumatlara gəlincə, təbii ki, bu, heç kimin saxtalaşdıra bilməyəcəyi göstəricilərlə bağlıdır. Söhbət təhlillər və onların cavablarından gedir, hansı ki, bu günə kimi qaydasındadır. Bu məlumatlar gələcəkdə dərc olunacaq. Bu sadə bir şeydir. Mixeil Saakaşvilinin vəziyyətini göstərən təhlilin nəticələri dərc olunacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar